AZ

Makron Luvr muzeyindəki oğurluqdan yazdı

BAKI, 19 oktyabr. TELEQRAF

Fransa Prezidenti Emmanuel Makron Luvrdan oğurlanmış zinət əşyalarının tapılacağına və quldurların məsuliyyətə cəlb ediləcəyinə əmin edib.

Teleqraf xəbər verir ki, o, bu barədə "X" hesabında yazıb.

“Luvr quldurluğu bizim əziz tutduğumuz tarixi irsə hücumdur. Biz oğurlananları tapacağıq və cinayətkarlar məsuliyyətə cəlb olunacaqlar”, - Makron qeyd edib.

Dövlət başçısının sözlərinə görə, “Paris prokurorluğunun göstərişi ilə buna nail olmaq üçün mümkün olan hər şey edilir”. O, yaxın gələcəkdə Luvrda təhlükəsizlik tədbirlərinin əhəmiyyətli dərəcədə gücləndiriləcəyinə söz verib.

Seçilən
10
teleqraf.com

1Mənbələr