AZ

Türkiyə ŞKTC-nin suveren hüquq və maraqlarını müdafiə etməkdə qətiyyətlidir - Ərdoğan

Bakı. Trend:

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şimali Kipr TürkCümhuriyyətində (ŞKTC) keçirilən prezident seçkilərində qələbəqazanan Tufan Erhürmanı təbrik edib.

Trend xəbər verir ki, Türkiyəlideri sosial şəbəkələrdə paylaşım edərək Ankaranın “bütünplatformalarda ŞKTC-nin suveren hüquq və maraqlarını müdafiəetməkdə qətiyyətli olduğunu” vurğulayıb.

“ŞKTC Mərkəzi Seçki Komissiyasının qeyri-rəsmi məlumatlarınaəsasən, Şimali Kipr Türk Respublikasının Prezidenti seçilmiş TufanErhürmanı təbrik edirəm. Bazar günü keçirilən seçkilər ŞKTC-nindemokratik yetkinliyini bir daha nümayiş etdirdi və Kiprtürklərinin iradəsini əks etdirdi. Ümid edirəm ki, bu seçkilərinnəticələri ölkələrimizin və ümumilikdə regionun inkişafına töhfəverəcək”, – deyə Rəcəb Tayyib Ərdoğanın paylaşımındabildirilir.

Seçilən
82
az.trend.az

1Mənbələr