Bakı. Trend:
Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən erkənnikah faktının qarşısı alınıb.
Trend xəbər verir ki, rayonunMeyniman kəndində 23 yaşlı şəxslə 16 yaşına yaşına çatmayan qızlaplanlaşdırılan toy mərasimi barədə polisə daxil olan məlumat dərhalaraşdırılıb və tədbirlər nəticəsində qanunsuz təşkil olunan toymərasiminin qarşısı alınıb.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan bildirilibki, tərəflərin valideynləri polis şöbəsinə dəvət olunaraq onlarlaprofilaktik və izahedici söhbətlər aparılıb, qanunvericiliyintələbləri izah olunub.
Faktla bağlı Hacıqabul Rayon Polis Şöbəsində hüquqi məsuliyyəttədbirləri görülür.
DİN bir daha diqqətə çatdırır ki, qanunvericiliyinə əsasən,nikah yaşı həm qadınlar, həm də kişilər üçün 18-dir. Bu yaş həddinəçatmamış şəxslərin evləndirilməsi qanunla qəti şəkildə qadağandırvə belə hallara yol verən şəxslər inzibati və ya cinayətməsuliyyəti daşıyırlar. Valideynlər, ailə böyükləri belə qanunsuzaddımlardan çəkinməli, övladlarının gələcəyinə məsuliyyətləyanaşmalıdır.