AZ

Luvrdan oğurlanan zinət əşyaları - Napoleonun həyat yoldaşının boyunbağısı

Paris Luvr muzeyində bu gün səhər baş verən oğurluqla bağlı yeni məlumatlar açıqlanıb.

Musavat.com xəbər verir ki, “Le Parisien”in məlumatına görə, cinayətkarlar kraliça Mariya-Ameliya və kraliça Qortenziyaya məxsus diadema, boyunbağı və sırğalardan ibarət zərgərlik dəstini oğurlayıblar.

Bundan əvvəl məlum olmuşdu ki, imperatriça Yevgeniyaya aid tac da oğurlanıb. Lakin cinayətkarlar bu qiymətli əsəri özləri ilə apara bilməyib və küçəyə atıblar. 

photo_2025-10-20_00-36-00.jpg

Həmin boyunbağı və sırğa

Oğurlanan qiymətli eksponatlar arasında həmçinin imperator Napoleonun ikinci həyat yoldaşı Mariya Lizaya məxsus məşhur boyunbağı da var. “La Parisien”in yazdığına görə, uzunluğu 43 sm olan bu nadir bəzək əşyası 32 zümrüd və 1138 brilyantla bəzədilib.

photo_2025-10-20_00-34-55.jpg

Napoleonun ikinci həyat yoldaşı Mariya Lizaya məxsus həmin məşhur boyunbağı

Oğurlanan zinət əşyaları Fransa imperiya dövrünün ən qiymətli tarixi nümunələri hesab olunur və onların bəzilərinin dəyəri milyonlarla avro ilə ölçülür. Hazırda polis hadisə ilə bağlı genişmiqyaslı istintaq aparır və cinayətkarların izinə düşməyə çalışır. 

 

Musavat.com

Seçilən
64
musavat.com

1Mənbələr