Bu gün ABŞ Qran-Prisinin əsas yarışı “Trassa Amerik” avtodromunda baş tutub.
90deqiqe.Az-ın məlumatına görə, 2025 mövsümünün 19-cu mərhələsində “Red Bull” pilotu Maks Verstappen ilk sırada finiş xəttini keçərək qələbə qazanıb.
“Maklaren”dən Lando Norris ikinci, “Ferrari”dən Şarl Lekler isə üçüncü olub.
Yarışın yekun sıralaması:
Maks Verstappen (“Red Bull”) — 56 dövrə
Lando Norris (“Maklaren”) +7.959
Şarl Lekler (“Ferrari”) +15.373
Lyuis Hemilton (“Ferrari”) +28.536
Oskar Piastrı (“Maklaren”) +29.678
Corc Rassell (“Mercedes”) +33.456
Yuki Tsunoda (“Red Bull”) +52.714
Niko Hülkenberq (“Kick-Zauber”) +57.249
Oliver Berman (“Haas”) +1:04.722
Fernando Alonso (“Aston Martin”) +1:10.001
Liam Looson (“Racing Bulls”) +1:13.209
Lens Stroll (“Aston Martin”) +1:14.778
Andrea Kimi Antonelli (“Mercedes”) +1:15.746
Aleks Albon (“Uilliams”) +1:20.000
Esteban Okon (“Haas”) +1:23.043
Isak Hadjar (“Racing Bulls”) +1:32.807
Franko Kolapinto (“Alpin”) +1 dövrə
Gabriel Bortoleto (“Kick-Zauber”) +1 dövrə
Pyer Qasli (“Alpin”) +1 dövrə
– Karlos Sayns (“Uilliams”) yarışa tam finiş edə bilməyib
Ferstappenin qələbəsi ilə “Red Bull” mövsümdə növbəti uğurunu əlavə edib. Norris və Lekler isə sıralamada podiumu paylaşaraq komandalara vacib xallar qazandırıblar.