2025/2026 mövsümünün İtaliya Seria A-sının 7-ci turunda “Milan” və “Fiorentina” komandaları “San-Siro” stadionunda qarşılaşıb.
90deqiqe.Az-ın məlumatına görə, matçı baş hakim Livio Marinelli idarə edib.
Görüş 2:1 hesabı ilə “Milan”ın xeyrinə başa çatıb. İlk qol 56-cı dəqiqədə qonaqların müdafiəçisi Robin Qosensdən gəlib. 63-cü dəqiqədə “Milan”ın portuqaliyalı hücumçusu Rafael Leau hesabı bərabərləşdirib, 86-cı dəqiqədə isə penalti zərbəsini dəqiq yerinə yetirərək dubla imza atıb və komandasına qələbəni təmin edib.
Bu qələbə ilə “Milan”ın aktivinə 16 xal yazılıb və komanda turnir cədvəlinin liderinə yüksəlib, “İnter”, “Napoli” və “Roma”nı qabaqlayıb. “Fiorentina” isə üç xalla 18-ci pillədə qərarlaşıb.