İspaniya La Liqasının 9-cu turunda “Xetafe” və “Real” komandaları qarşılaşıb.
90deqiqe.Az-ın məlumatına görə, oyun “Koliseum” stadionunda baş tutub və matçı baş hakim Xose Munuera Monterо idarə edib.
Görüş 1:0 hesabı ilə “Real”ın xeyrinə yekunlaşıb. Ev sahiblərinin heyətində 77-ci dəqiqədə Allan Nyom qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb. “Real”ın hücumçusu Kilian Mbappe 80-ci dəqiqədə görüşün yeganə qolunu vurub. 84-cü dəqiqədə “Xetafe”nin digər oyunçusu Aleks Sankris iki sarı vərəqə nəticəsində oyun xaric edilib.
Bu nəticədən sonra “Xetafe” 11 xalla turnir cədvəlində 12-ci sırada qərarlaşıb, “Real” isə 24 xalla liderliyini qoruyub.
Növbəti turda “Xetafe” 25 oktyabr səfərdə “Atletik”lə qarşılaşacaq, “Real” isə 26 oktyabr evdə “Barselona”nı qəbul edəcək.