AZ

F1: Ferstappen ABŞ-də birinci oldu

BAKI, 20 oktyabr. TELEQRAF

Formula 1 üzrə ABŞ Qran-Prisi başa çatıb.

Teleqraf xəbər verir ki, Texas ştatının Ostin şəhərində təşkil olunan yürüşdə finişi “Red Bull” komandasının pilotu Maks Ferstappen birinci keçib.

Niderlandlı sürücü yarışın əvvəlindən sonuna qədər bütün rəqiblərini qabaqlayıb.

İkinci pilləni “Maklaren”dən Lando Norris, üçüncünü isə “Ferrari”dən Şarl Lekler tutub.

Bununla da turnir cədvəlinin üçüncüsü olan Maks Ferstappen xallarının sayını 306-ya çatdırıb. Lider Oskar Piastrinin (“Maklaren”) 346, ikinci pillədə qərarlaşan Lando Norrisin isə 332 xalı var.

Seçilən
48
1
teleqraf.com

2Mənbələr