AZ

ABŞ Kolumbiyaya qarşı gömrük rüsumları tətbiq etməyə hazırlaşır

BAKI, 20 oktyabr. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp yaxın vaxtlarda Kolumbiyadan idxal olunan məhsullara qarşı gömrük rüsumları tətbiq edəcək.

Teleqraf xəbər verir ki, bu barədə oktyabrın 19-da Cənubi Karolina ştatından olan senator Lindsi Qrem açıqlama verib.

Qremin sözlərinə görə, o, gün ərzində Tramp ilə narkotik qaçaqmalçılığına yardım göstərdiyi hesab edilən ölkələrə qarşı mümkün tədbirləri müzakirə edib.

“Prezident mənə bildirdi ki, Kolumbiyada narkotik ticarəti ilə məşğul olan şəxslərə qarşı tədbirlər görəcək. O, bu gün və ya sabah Kolumbiyaya qarşı genişmiqyaslı gömrük rüsumlarını elan edəcək”, - senator qeyd edib.

Xatırladaq ki, Donald Tramp daha əvvəl Kolumbiya prezidenti Qustavo Petronu narkotik istehsalını təşviq etməkdə ittiham edib və ABŞ-nin bu ölkəyə maliyyə yardımını dayandırdığını açıqlamışdı.

Seçilən
84
teleqraf.com

1Mənbələr