AZ

Basketbol tarixində ən çox maaş alan oyunçu bəlli oldu

Oxu.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

ABŞ millisinin üzvü, dördqat olimpiya çempionu Kevin Dürant Milli Basketbol Assosiasiyasının (NBA) "Hyuston Rokets" komandası ilə yeni müqavilə imzalayıb.

Oxu.Az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.

Yeni müqavilə iki illik nəzərdə tutulub və 2027-28 mövsümünə qədər uzadılması mümkündür. Dürant yeni müqavilə ilə 2 ilə ümumilikdə 90 milyon dollar məvacib alacaq.

Qeyd edək ki, basketbolçu karyerası ərzində 598.2 milyon dollarlıq qazancı ilə həmkarları arasında liderdir. O, dördqat NBA çempionu, "Los Anceles Leykers"dən olan LeBron Ceymsi (583.9 milyon dollar) ötüb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
123
1
oxu.az

2Mənbələr