AZ

Zəfər xronikası. 20 oktyabr 2020-ci il: Prezident İlham Əliyev xalqa müraciətində Zəngilanın işğaldan azad olunduğunu açıqladı (FOTO/VİDEO)

Bakı. Trend:

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinincəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraqAzərbaycan Ordusu sonradan "Dəmir yumruq" adlandırılan əks-hücuməməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminənotuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilənəticələndi.

2020-ci ilin oktyabrın 20-də Azərbaycan RespublikasınınPrezidenti İlham Əliyev xalqa müraciət edib.

Trend müraciətitəqdim edir:

Prezident İlham Əliyevin müraciəti

- Əziz həmvətənlər, müzəffər Azərbaycan Ordusu döyüş meydanındayeni qələbələr qazanır. Bu qələbələr hər bir Azərbaycan vətəndaşınısevindirir. Torpaqlarımızı 30 ilə yaxın işğal altında saxlayandüşmən döyüş meydanında Azərbaycan Ordusunun gücünü görür. Biz öztorpağımızda vuruşuruq, öz torpağımızı qoruyuruq və işğalçılarıbundan sonra da öz torpaqlarımızdan qovacağıq.

Xalqımız döyüş meydanından, cəbhə bölgəsindən səbirsizliklə yenixəbərlər gözləyir. Mən çox şadam və mən xoşbəxt adamam ki, bu şadxəbərləri Azərbaycan xalqına çatdırıram. Hər bir kəndin, hər birşəhərin, hər bir strateji yüksəkliyin işğalçılardan azad edilməsiböyük peşəkarlıq, cəsarət, rəşadət, qəhrəmanlıq tələb edir. Bizimhərbçilərimiz şəhid olurlar. Allah bütün şəhidlərimizə rəhməteləsin! Şəhidlərimiz həmişə bizim qəlbimizdə yaşayacaq. Bizimhərbçilərimiz döyüş meydanında yaralanırlar. Allah bütün yaralıhərbçilərimizə şəfa versin! Eyni zamanda, mənfur düşmən bizimyaşayış məntəqələrimizi daim atəşə tutur, hər gün cəbhəboyuşəhərlərimiz, kəndlərimiz mənfur düşmənin atəşinə məruz qalır. Bunamərd atəşə ən çox məruz qalan Tərtər rayonudur, eyni zamanda,Ağdam, Goranboy, Ağcabədi, Bərdə, digər şəhər və rayonlarımızdüşmən tərəfindən atəşə tutulur. Gəncə şəhərinə namərd zərbələrnəticəsində dinc əhali həlak olur - uşaqlar, qadınlar, qocalar.Düşmən üçün bunun fərqi yoxdur. Belə bir fərq onlar üçün mövcuddeyil. Onlar döyüş meydanında məğlubiyyətə uğrayır, AzərbaycanOrdusunun qarşısında duruş gətirə bilmir və bizi durdurmaq üçün,bizə zərbə vurmaq üçün bütün dünyanın gözü önündə mülki əhaliyəqarşı cinayət törədir. Bütün dünya görür ki, Azərbaycan hansımənfur, vəhşi düşməndən öz doğma torpaqlarını azad edir. Otuz ilərzində bizim torpaqlarımızda oturub bizə meydan oxumağa çalışırdı.Otuz il ərzində bizim torpaqlarımızı istismar edirdi, bizim təbiiresurslarımızı istismar edirdi, oğurluq, talançılıq onlarınxislətidir. Dağıdılmış kəndlərin, şəhərlərin vəziyyətinə baxmaqkifayətdir, hər kəs görsün ki, bizim qarşımızda hansı vəhşilərdayanıb. İşğal olunmuş və artıq azad edilmiş torpaqlarda bir dənədə salamat bina qalmayıb. Bütün binalar sökülüb, talan edilib,tarixi abidələrimiz, məscidlərimiz, qəbirlərimiz dağıdılıb, talanedilib, təhqir edilib. Onlar hesab edirdilər ki, Azərbaycan xalqıbu vəziyyətlə barışacaq. Onlar hesab edirdilər ki, bu torpaqlarıəbədi işğal altında saxlayacaqlar. Onlar bizim şəhərlərimizinadlarını dəyişdiriblər, rayonlarımızın sərhədlərini dəyişdiriblər,kəndlərimizin adlarını dəyişdiriblər, bizim torpaqlarımızıerməniləşdirmək istəyiblər, amma buna nail ola bilmədilər,Azərbaycan xalqının iradəsini qıra bilmədilər.

Öz doğma dədə-baba torpaqlarını görməyən, işğaldan sonra dünyayagöz açan hər bir azərbaycanlı bir arzu ilə yaşayıb ki, doğmadədə-baba torpaqlarına qayıtsın. Biz bunu Cocuq Mərcanlınıntimsalında gördük. İşğaldan sonra doğulmuş gənclər, onların hərbiri Cocuq Mərcanlıya qayıtmaq arzusu ilə yaşayıb və qayıdıbdır.Əminəm ki, bu gün işğalçılardan azad edilmiş bütün torpaqlaraAzərbaycan vətəndaşları qayıdacaqlar. O torpaqlarda yaşayacaqlar,sülh, əmin-amanlıq şəraitində yenə də qurub-yaradacaqlar. Necə ki,vaxtilə bizim işğal edilmiş bütün torpaqlarımızda Azərbaycanxalqının mədəni irsi yaradılıbdır. Amma mənfur düşmən bu irsi məhvetmək istəyirdi, bizim məscidlərimizi dağıdırdı. Biz Çocuq Mərcanlıkəndində Şuşa məscidinin bənzərini inşa edəndə və onun açılışındademişdim ki, məscidlərin binalarını onlar dağıda bilərlər, amma buməscidləri biz öz qəlbimizdə yaşadırıq və gün gələcək bizimdağıdılmış bütün məscidlərimiz bərpa ediləcəkdir, bütünşəhərlərimiz, kəndlərimiz bərpa ediləcəkdir. Biz Böyük Qayıdışastanasındayıq və Azərbaycan dövləti əlindən gələni edəcək ki,Azərbaycan vətəndaşları işğal olunmuş və azad edilmiş torpaqlaraqayıdaraq rahat yaşasınlar, əmin-amanlıq şəraitində yaşasınlar vəbu torpaqlarda həyat canlanacaqdır.

Bizim məcburi köçkünlərimiz bütün bu illər ərzində bir arzu iləyaşayıblar, baxmayaraq ki, onların bir çoxları üçün gözəl şəraityaradılıb və bildiyiniz kimi, təkcə bu il biz məcburi köçkünlərüçün 7 min mənzilin istifadəyə verilməsini nəzərdə tuturuq. 300mindən çox məcburi köçkünə evlər, mənzillər verilibdir. Onlar buqayğıya görə bizə minnətdarlıq edirlər və mənim onlarla çoxsaylıgörüşlərimdə bunu ifadə edirdilər. Ancaq, eyni zamanda, mənbilirdim və onlar mənə deyirdilər ki, bizi qaytarın, öz torpağımızaqaytarın. Başa düşürdülər ki, bu, çətin məsələdir, başa düşürdülərki, bunun üçün müəyyən geosiyasi şərait yetişməlidir. Mənəinanırdılar və mən onlara deyirdim ki, biz o torpaqlaraqayıdacağıq, mən deyirdim ki, bilirəm, nəyi nə vaxt və necə etməklazımdır. Xalq tərəfindən mənə göstərilən etimad imkan verdi ki,biz bu məsələni həll edək. Mən bir daha bəyan edirəm ki, verilmişbütün vədləri mən yerinə yetirirəm, verilmiş bütün vədlərə sadiqəm.Prezident kimi mənim fəaliyyətim üçün əsas məsələ, əsas vəzifəmAzərbaycan torpaqlarının qaytarılmasıdır, ərazi bütövlüyünün bərpaedilməsidir və bu gün biz bunu döyüş meydanında edirik.

30 ilə yaxın aparılan danışıqlar heç bir nəticə vermədi. İşğaledilmiş torpaqlarda Ermənistan tərəfindən qurulmuş istehkamlar onugöstərir ki, onlar bu torpaqları bizə vermək fikrində deyildilər.Sadəcə olaraq, bizi və beynəlxalq vasitəçiləri aldadırdılar. Sadəcəolaraq, vaxtı uzadırdılar və bununla bərabər işğal edilmiştorpaqlarda qanunsuz məskunlaşma aparırdılar, Laçın şəhərindəminlərlə insanı yerləşdiriblər, Kəlbəcərdə minlərlə insanıyerləşdiriblər. Bu gün işğaldan azad edilmiş torpaqlarda da -Füzuli, Cəbrayıl və digər rayonlarımızda da onlar bizimkəndlərimizdə yaşayıblar. O kəndlərin böyük hissəsi dağıdılıb,ancaq bəzi evlərdə onlar bizim torpağımızda yaşayıblar.Azərbaycanlılara qarşı etnik təmizləmə aparmaq, azərbaycanlılaraqarşı soyqırımı törətmək, bizim vətəndaşlarımızı doğma torpaqdandidərgin salmaq və ondan sonra "referendum" keçirmək tamamiləinsani əxlaqa, qanuna, beynəlxalq hüquqa ziddir. Heç kim qondarma"Dağlıq Qarabağ respublikasını" tanımayıb. İndi onlar əlləşirlər,vurnuxurlar ki, dünya ölkələri qondarma kriminal qurumu tanısınlar.Ağıllarını itiriblər, başa düşmürlər ki, heç kim bunu etməyəcək,başa düşmürlər ki, bunu edən hər bir ölkə artıq Azərbaycan üçündost ölkə sayıla bilməz. Nəinki dost ölkə, bu ölkə ilə biz bütünəlaqələri kəsəcəyik. Amma onlar ağılını itiriblər. Bu günçalışırlar ki, status-kvonu bərpa etsinlər. Mən demişəm, status-kvoyoxdur. Status-kvonu biz məhv etmişik və düz də etmişik. 30 iləyaxın gözləmişik. On il bundan əvvəl Minsk qrupunun həmsədrləri,onların prezidentləri səviyyəsində açıqlama verilmişdir ki,status-kvo qəbuledilməzdir. Biz də bunu dəstəklədik, biz bunubəyəndik və bizdə böyük ümidlər yarandı, ondan sonra danışıqlarmasasında əldə edilmiş müəyyən tərəqqi bizim ümidlərimizi artırdı.Amma sən demə, mənfur düşmən, sadəcə olaraq, bizi və beynəlxalqaləmi aldadırdı. Bu, beynəlxalq vasitəçilərə hörmətsizlikdir.

Biz döyüş meydanında güc göstərərək status-kvonu dəyişdirdik.Mən bunu bu toqquşmalardan əvvəl demişdim, bir neçə dəfə demişdim,bu gün əfsuslar olsun ki, beynəlxalq münasibətlərdə beynəlxalqhüquq işləmir. Əgər işləsəydi, BMT Təhlükəsizlik Şurasının dördqətnaməsi çoxdan icra edilərdi. Biz iyirmi il gözləyirdik ki, buqətnamələr icra edilsin. Onlar, sadəcə olaraq, kağızda qaldı. Nəüçün? Çünki siyasi iradə göstərilmədi, bu qətnamələrin icramexanizmi müəyyən edilmədi. Mənfur düşmən hesab etdi ki, o, bundansonra da buna məhəl qoymaya bilər. Bundan sonra da beynəlxalqhüququ əzə bilər. Bundan sonra da bizim torpaqlarımızda istənilənçirkin əməllər törədə bilər. Biz onları məcbur etdik. Bax, bizimyumruğumuz, sadəcə olaraq, düşmənin başını yaran yumruq deyil.Bizim yumruğumuz bizim birliyimizdir, xalqımızın birliyidir,məqsədyönlü fəaliyyətdir, beynəlxalq müstəvidə bizə sərf edən vəədaləti əks etdirən qərarların, qətnamələrin qəbul edilməsidir.

Mən görürdüm, bəzi hallarda bu hadisələrə qədər Azərbaycanvətəndaşları, o cümlədən köçkünlər hesab edirdilər ki, belədiplomatik uğurlar, əlbəttə, önəmlidir, ancaq onlar məsələninhəllini təmin etmir. Mən isə həmişə onlara izah edirdim ki, bu,beynəlxalq qanun çərçivəsində həll olunası bir məsələdir. Buna görəbiz bütün aparıcı beynəlxalq təşkilatlarla işləməliyik ki, bumünaqişənin həlli üçün hüquqi bazanı genişləndirək. BMTTəhlükəsizlik Şurasının qətnamələri işləmirdi. Biz böyük səylərgöstərdik, BMT Baş Assambleyası, Qoşulmama Hərəkatı, Avropa Şurası,Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı, digər təşkilatlarqətnamə qəbul etdi. Avropa İttifaqı ilə bizim aramızda paraflanmışsənəddə də sərhədlərimizin toxunulmazlığına, suverenliyimizə vəölkəmizin ərazi bütövlüyünə dəstək göstərilir. Yəni, budur bumünaqişənin həlli üçün əsas. Ona görə bu gün artıq özünü lapdilənçi kimi, lap düşük kimi, - bağışlayın, ifadəmə görə, ammaonlar hər bir ifadəyə layiqdirlər, - aparan Ermənistan rəhbərliyigecə-gündüz bütün beynəlxalq təşkilatlara zəng edir, məktublargöndərir, bəyanatlar verir ki, niyə, səsinizi çıxarmırsınız? Onlarnecə səsini çıxara bilərlər? Onlar artıq bu qətnamələri, buqərarları qəbul ediblər və Azərbaycan döyüş əməliyyatını beynəlxalqbirlik tərəfindən tanınan öz ərazisində keçirir. Biz Ermənistanərazisində hər hansı bir əməliyyat keçirmirik, - bizim beləplanlarımız yoxdur, - baxmayaraq ki, onlar Gəncəni Ermənistanərazisindən iki dəfə bombalamışdılar. Biz cavab vermədik onlarınyolu ilə. Biz döyüş meydanında cavab verdik. Mən bildirmişdim ki,biz onların intiqamını döyüş meydanında alacağıq və alırıq. Bizşəhidlərimizin qanını yerdə qoymayacağıq və qoymuruq. Bax,beynəlxalq təşkilatlarda bizim fəaliyyətimizin əsas məqsədi o idiki, bu hüquqi baza təkmil olsun, genişlənsin və biz buna nail olabildik.

Ona görə, bu gün Ermənistan rəhbərliyi yaxşı fikirləşməlidir.Artıq bizim qarşımızda diz çöküb, onlara diz çökdürmüşük, onlaralayiq olan yeri göstərmişik. Qovuruq onları bizim torpaqlarımızdan,bundan sonra da qovacağıq! Hər gün xoş xəbərlər gəlir. Hər günbayrağımız yeni bir yaşayış məntəqəsində ucaldılır. Budur,Azərbaycan dövlətinin, Azərbaycan xalqının gücü. Otuz il ərzindəErmənistan rəhbərliyi "güclü ordusu" haqqında uydurmalar ortalığaatırdı, "yenilməz Ermənistan ordusu" barədə miflər yaradırdı.Haradadır bu "yenilməz Ermənistan ordusu?". Görün, necə qaçır bizimqabağımızdan. Bu, mif idi, bu, yalan idi. Bunu biz yerə vurduq.Otuz il bizi təhqir edirdi. Otuz il idi ki, işğal edilmiştorpaqlarda abidələrimizi dağıdırdı, tarixi-mədəni irsimizi silməkistəyirdi. Otuz il ərzində beynəlxalq aləm nə üçün sanksiya tətbiqetmədi təcavüzkar dövlətə qarşı? Mən dəfələrlə demişəm ki,sanksiyalar tətbiq edilməlidir. Bu ölkə, bu ölkənin rəhbərliyi özxoşu ilə bu torpaqlardan çıxmaq istəmir. O, bizi aldadır,danışıqları imitasiya üçün aparır. Onlara inam yoxdur və mən haqlıçıxdım. İndi baxın orada qurulmuş istehkamlara. Belə istehkam quranölkə, bu qədər oraya vəsait xərcləyən ölkə oradan çıxarmı? Çıxmaqistəsəydilər, bunu etməzdilər. Yəni, onların hər bir sözü yalandır.Bu gün də onların dövlətinin rəhbərləri gecə-gündüz yalan, uydurmayayırlar Azərbaycan haqqında, döyüş meydanında baş verən hadisələrhaqqında. Sanki kimsə gəlib bizim əvəzimizə vuruşur. Azərbaycanxalqı, Azərbaycan gəncləri, Azərbaycan əsgəri onlara dərs verir.Təkbaşına vuruşuruq, hər kəs bunu bilir. Amma özlərinə sığışdırabilmirlər, çünki miflər dağılır, miflər onların ideologiyasınınəsasdır. Tarix haqqında yalan. Əfsuslar olsun ki, onu da indi birçox ölkələrə qəbul etdirə biliblər, tarixi yalanı. Xocalı haqqındayalan, guya ki, Azərbaycan özü Xocalı soyqırımını törədib. Gəncəninbombalanması haqqında onların rəsmi nümayəndələri yalan bəyanatveriblər ki, Ermənistan bu raket atəşini təşkil etməyib. Nə vicdanvar, nə əxlaq var, nə mənəviyyat var. Ağıl da yoxdur. Ağıl olsaydıdeyərdilər ki, baxın, bu ballistik raketin start nöqtəsi və atışistiqaməti dünyada aparıcı ölkələr tərəfindən izlənilir, haradanatılıb, hara dəyib. Ballistika raketlərə döyüş tapşırığı verilir. Otəsadüfən o yaşayış massivinə düşməmişdir. Gecə vaxtı, qəsdən. Ammaağıllarını itiriblər, guya, dünyanı aldatmağa davam edirlər ki, bəskim atıb Gəncəyə bu raketi? Biz özümüzə atmışıq? Necə ki, yalandanışırdılar, Azərbaycan özü Xocalı soyqırımını törədib, indi dəyalan danışırlar. Bütün dünyaya yalan danışır, bütün müsahibələrdəyalan danışır. Bu yalançıları biz bundan sonra da qovacağıq. Onlargördülər ki, kim kimdir. Gördülər ki, biz onlara elə dərs veririkki, bu dərsi heç vaxt unutmayacaqlar. İndi isə imdad diləyirlər.Ona-buna zəng edirlər, kömək edin, kömək edin! Bəs, hanı sənin"müzəffər ordun", hanı sənin "yenilməz ordun?!". Bizim üçünmüqəddəs olan Cıdır düzündə Ermənistanın baş naziri sərxoşvəziyyətdə rəqs edirdi. Fikirləşməli idi ki, bu təhqir Azərbaycanxalqına necə təsir edə bilər? Amma hesab edirdi ki, heç kim onlaratoxunmayacaq. Hesab edirdi ki, bütün ölkələr onları bundan sonra damüdafiə edəcək, dünya erməniliyi, erməni lobbiləri, ondan sonraonların bəzi dost ölkələri. Ona görə azğınlaşmışlar, ona görəqudurmuşlar. Onlara yerlərini göstərdik, onların başından elə zərbəvurduq ki, çətin ayılsınlar. Onların ordusunu, texnikasını deməkolar ki, məhv etmişik. Qaçırlar, hələ qaçacaqlar.

Bir sözlə, döyüş meydanında bizim üstünlüyümüz artıq heç kiməsirr deyil. Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz öztorpağımızda vuruşuruq, şəhidlər veririk, öz ərazi bütövlüyümüzübərpa edirik. Bundan sonra da bu addımlar atılacaq. Ermənistan hələnə qədər gec deyil bəyanat verməlidir ki, işğal edilmiştorpaqlardan çıxıram. Ondan sonra döyüşlər dayana bilər.

Mən hər dəfə xalqıma müraciət edərkən xoş xəbərlər çatdırıram.Eyni zamanda, demək olar ki, hər gün öz "Twitter" hesabımda,"Twitter" vasitəsilə işğaldan azad edilmiş yeni kəndlərin,şəhərlərin adlarını çəkirəm. Mən bilirəm ki, Azərbaycan xalqı buxəbərləri hər gün gözləyir, hər gün! Hər gün, hər saat ki, nə vaxtbu xəbər olacaq, nə vaxt bu xəbər çıxacaq? Amma istəyirəm, əzizxalqım bilsin ki, hər kəndin, hər yüksəkliyin götürülməsi böyükrəşadət tələb edir. Çünki təkcə orada qurulmuş istehkamlar deyil,eyni zamanda, azad edilmiş torpaqların hərbi relyefi də ermənilərüçün daha sərfəlidir. Çünki biz indi həm onların istehkamlarına,onların toplarına, onların raketlərinə qarşı, eyni zamanda, təbiirelyefə qarşı vuruşmalıyıq və torpaqlarımızı işğalçılardanqarış-qarış azad edirik. Çox çətin məsələdir.

Gün gələcək, bu haqda geniş məlumat veriləcəkdir. Əminəm,Azərbaycan xalqı yaxşı başa düşür ki, bu gün nəyi demək mümkündürsəonu deyirik. Çünki döyüşlər gedir və biz istəyirik ki, tezliklə budöyüşlər başa çatsın, tezliklə ərazi bütövlüyümüz bərpa edilsin.Ona görə hesab edirəm ki, Azərbaycan ictimaiyyətinə verilən məlumatvə məlumatın həcmi tam kifayətdir.

Bu gün ənənəyə, gözəl ənənəyə sadiq qalaraq Azərbaycan xalqınayeni bilgilər vermək istərdim. Düşmənin məhv edilmiş və hərbiqənimət kimi götürülmüş texnikaları ilə bağlı məlumatı əziz xalqımaçatdırıram.

Beləliklə, düşmənin 241 tankı məhv edilib, 39 tank hərbi qənimətkimi götürülüb - toplam 280 tank. Amma yenə də hələ ki, tanklarvar, həm işğal edilmiş torpaqlarda, həm Ermənistan ərazisində.Haradandır onlarda bu qədər tank? Bir də ki, bu, bütün bu məsələnitənzimləyən beynəlxalq konvensiyalara ziddir. Bəs bu konvensiyalaramonitorinq aparmalı olan qurumlar niyə buna fikir verməyiblər? Bax,biz deyirik 241 tank məhv edilib. Biz sonra onların nümayişinitəşkil edəcəyik. 39 tank saz vəziyyətdə götürülüb və bu gün biziməsgərlərimiz o tanklarda oturub düşmənə onların öz tankları iləatəş açırlar.

Piyadaların 50 döyüş maşını məhv edilib, 24-ü qənimət kimigötürülüb və bu gün bizim əlimizdədir. Özüyeriyən 17 artilleriyaqurğusu məhv edilib, 198 top məhv edilib. 58 minaatan məhv edilib,12 minaatan qənimət kimi götürülüb. 25 qumbaraatan hərbi qənimətkimi götürülüb. 53 tank əleyhinə vasitə məhv edilib. 70 "Qrad"qurğusu məhv edilib. İki "Uraqan", iki "YARS" (Yaylım Atəş RaketSistemi) məhv edilib. Bir TOS məhv edilib. Dörd "S-300" zenit-raketkompleksi məhv edilib. Son dəfə mən bu məlumatı Azərbaycanictimaiyyətinə çatdıranda iki "S-300" zenit-raket kompleksi məhvedilmişdi. Bu gün artıq dörd kompleks məhv edilib. Hər birkompleksin, hər bir qurğunun qiyməti bəllidir, çox bahalı hərbitexnikadır. Üç TOR zenit-raket kompleksi məhv edilib. Qırxa yaxınOSA zenit-raket kompleksi məhv edilib. Beş KUB və KRUQ zenit-raketkompleksi məhv edilib. Altı pilotsuz uçuş aparatı, ikiəməliyyat-taktiki raket kompleksi - "Elbrus", bir ballistik raket,bir "Toçka-U" raketi, səkkiz radioelektron mübarizə vasitəsi məhvedilib. 198 yük avtomobili məhv edilib. Onlardan 15-i sursatlarladolu yük avtomobilləri idi. 102 yük avtomaşını hərbi qənimət kimigötürülüb. Biz düşmənin hərbi texnikasını bundan sonra da məhvedəcəyik. Olan-qalan da məhv ediləcəkdir.

İndi isə əziz xalqımın səbirsizliklə gözlədiyi bizim yaşayışməntəqələrinin azad edilməsi haqqında məlumatı böyük qürur hissiilə çatdırıram.

Füzuli rayonu – azad edilmiş kəndlərin adları: Dördçinar,Kürdlər, Yuxarı Əbdürrəhmanlı, Qarğabazar, Aşağı Veysəlli, YuxarıAybasanlı.

Cəbrayıl rayonu - azad edilmiş kəndlər: Safarşa, Həsənqaydı,Fuğanlı, İmambağı, Daş Veysəlli, Ağtəpə, Yarəhmədli.

Xocavənd rayonu – azad edilmiş yaşayış məntəqələrinin siyahısınıçatdırıram: Ağcakənd, Mülküdərə, Daşbaşı, Günəşli (Günəşli kəndininkeçmiş adı Noraşen idi), Vəng. Bu kəndə yeni Azərbaycan adıverirəm. Bundan sonra Vəng kəndi Çinarlı kəndi adlandırılsın. Adımübarək olsun!

Zəngilan rayonu. Şanlı Azərbaycan Ordusu Zəngilan rayonuərazisinə də daxil olub, girib və yaşayış məntəqələrinin azadolunması təmin edilib. Zəngilan rayonu ərazisində yerləşən yaşayışməntəqələrinin adlarını çəkirəm: Havalı kəndi, Zərnəli kəndi,Məmmədbəyli kəndi, Həkəri kəndi, Şərifan kəndi, Muğanlı kəndi vəZəngilan şəhəri! Zəngilan bizimdir! Qarabağ bizimdir!

Əziz xalqım, əziz zəngilanlılar, füzulilər, xocavəndlilər,cəbrayıllılar və işğal edilmiş digər rayonların sakinləri, biz özmissiyamızı yerinə yetiririk. Düşmənə layiqli cavab veririk.Düşməni cəzalandırırıq. Düşmən bizim qarşımızda acizdir. Düşməninbelini qırırıq, qıracağıq!

Qarabağ bizimdir! Yaşasın Azərbaycan! Eşq olsun Azərbaycanxalqına!

Zəfər
Zəfər
Zəfər
Zəfər
Zəfər
Zəfər
Zəfər
Məqalədə:
Seçilən
90
az.trend.az

1Mənbələr