AZ

Makron: Luvrdan oğurlanan zinət əşyaları geri qaytarılacaq

BAKI, 20 oktyabr. TELEQRAF

Fransa Prezidenti Emmanuel Makron Luvrdan qiymətli zinət əşyalarının oğurlanmasına münasibət bildirib və bütün oğurlanmış əsərlərin geri qaytarılacağına, günahkarların isə cəzalandırılacağına söz verib.

Teleqraf xəbər verir ki, Makron bu barədə "X" sosial şəbəkəsində yazıb.

“Luvrda baş verən oğurluq bizim tariximizin bir hissəsi olan irsimizə qarşı hücumdur. Biz bu sənət əsərlərini geri qaytaracağıq və günahkarlar məsuliyyətə cəlb olunacaqlar. Bunun üçün Paris prokurorluğunun rəhbərliyi altında hər tərəfli tədbirlər görülür,” - o bildirib.

Xatırladaq ki, Luvr muzeyindən Napoleon və imperatriçaya məxsus doqquz zinət əşyası, o cümlədən boyunbağı, bəzək sancaq, diadem və digər bəzəklər oğurlanıb. İlkin məlumatlara görə, hadisədə dörd nəfər şübhəli sayılır.

Seçilən
20
teleqraf.com

1Mənbələr