AZ

Çin Rusiyadan neft idxalını kəskin azaldıb

Bakı. Trend:

Çin yanvar-sentyabr ayları ərzində Rusiyadan idxal etdiyi neftinhəcmini ötən ilin eyni dövrü ilə müqayisədə 8,1% azaldaraq 74,04milyon tona endirib.

Trend xəbər verir ki, bubarədə məlumatı Çin Xalq Respublikasının Baş Gömrük İdarəsiyayıb.

Qurumun yenilənmiş statistikasına əsasən, qeyd olunan dövrdəRusiyadan enerji resurslarının idxal dəyəri 21% azalaraq 37,55milyard ABŞ dolları təşkil edib.

Rusiyadan sonra Çinin əsas neft tədarükçüsü Səudiyyə Ərəbistanıolub — bu ölkədən idxal həcmi ötən ilin göstəricisinə bərabərqalaraq 59,52 milyon ton səviyyəsində qeydə alınıb.

Ardınca Malayziya (51,23 milyon ton, 4% artım), İraq (49,28milyon ton), Braziliya (33,33 milyon ton) və Oman (26,22 milyonton) qərarlaşıb.

Seçilən
95
1
az.trend.az

2Mənbələr