AZ

Bu gün Xankəndidə “QHT lərin 3 cü Əməkdaşlıq Forumu” keçiriləcək

ain.az bildirir, Xalqcebhesi saytına əsaslanaraq.

Bu gün saat 09.30-da Xankəndi şəhərində, Xankəndi Konqres Mərkəzində Azərbaycan Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə "Konstitusiya və Suverenlik ili" nə həsr olunan “QHT-lərin 3-cü Əməkdaşlıq Forumu” keçiriləcək.

Forumda Azərbaycan Respublikasının Qeyri-Hökumət

Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva,

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında

Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Usubov, Prezident Administrasiyasının QHT-lərlə iş və

kommunikasiya şöbəsinin QHT-lərlə iş sektorunun müdiri Tural Əliyev, bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə Sosial

sərmayələr departamentinin direktoru Xalid Rəcəbov, Konstitusiya Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev çıxış edəcəklər.

Daha sonra "Türkman irsi: tarixi köklərə sədaqət", "WUF13-ə doğru: QHT-lər üçün yeni imkanlar", "Dünyaya açılmış Azərbaycan QHT-ləri: təklənməyə qarşı birləşmə texnikası" və “Rəqəmsal QHT” konsepsiyası: süni intellekt və rəqəmsal həllər" mövzularında panel iclaslar keçiriləcək.

Cavid

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
16
icma.az

1Mənbələr