BAKI, 20 oktyabr. TELEQRAF
20 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında keçirilən dünya çempionatı başa çatıb.
Teleqraf xəbər verir ki, Çilidə təşkil olunan mundialın finalında Argentina və Mərakeş milliləri qarşılaşıb.
Görüş Mərakeş yığmasının 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Yaser Zabiri 12 və 29-cu dəqiqələrdə adını tabloya yazdırıb.
Bununla da Mərakeş tarixində ilk dəfə U-20 Dünya Çempionatının qalibi olub.
Qeyd edək ki, 20 yaşadək futbolçulardan ibarət yığma komandaların növbəti dünya çempionatı 2027-ci ildə Azərbaycanla Özbəkistanda keçiriləcək.