AZ

Maşınla qadını vuraraq öldürən şəxs məhkəmə zalından həbs edildi

Sabunçu Rayon Məhkəməsində yol qəzası törətməkdə təqsirləndirilən Orxan Nəbiyevin (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Elnurə Rəcəbovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.


Məhkəmənin hökmü ilə o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 5 il 1 ay müddətə azadlıqdan məhrum edilib və məhkəmə iclas zalında həbs olunub.
 

İttiham aktına görə, hadisə 02 may 2024-cü il tarixdə, saat 18:22 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində qeydə alınıb.


Belə ki, Orxan Nəbiyev etibarnamə ilə idarə etdiyi “Ford Transit” markalı avtomobillə hərəkətdə olarkən yolun sağ hissəsinə keçən piyada Kəmalə Şirinovanı nəqliyyat vasitəsinin ön hissəsi ilə vurub. Nəticədə piyada qadın aldığı xəsarətlər nəticəsində 04 may 2024-cü il tarixdə ölüb.


Hadisədən sonra Orxan Nəbiyev saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

Kamal Məmmədov 

Tarix: 20 Oktyabr 2025, 08:34   
Seçilən
58
pravda.az

1Mənbələr