AZ

Azərbaycanın daha iki cüdoçusu Meksikada qızıl medal qazandı

BAKI, 20 oktyabr. TELEQRAF

Meksikanın Qvadalaxara şəhərində keçirilən cüdo üzrə Qran-Pri turnirinə yekun vurulub.

Teleqraf xəbər verir ki, yarışın sonuncu günündə Azərbaycan millisinin daha 3 üzvü fəxri kürsə çıxıb.

90 kq çəki dərəcəsində yarışan Murad Fətiyev çexiyalı Adam Kopeçkini məğlub edərək bürünc medal qazanıb.

100 kq-da mübarizə aparan Zelim Kotsoyev finalda italiyalı Cennaro Pirellini, Uşanqi Kokauri isə +100 kq-da çexiyalı Lukas Krpaleki üstələyərək qızıl medala sahib çıxıb.

Bununla da Azərbaycan millisi Qvadalaxara Qran-Prisininin ümumi komanda sıralamasını 9 medalla (6 qızıl, 3 bürünc) birinci pillədə bitirib.

Qeyd edək ki, cüdoçularımızdan daha əvvəl Balabəy Ağayev (60 kq), Ruslan Paşayev (66 kq), Hidayət Heydərov (73 kq) və Vüsal Qələndərzadə (81 kq) qızıl, Əhməd Yusifov (60 kq) və Rəşid Məmmədəliyev (73 kq) bürünc medal qazanıblar.

Seçilən
31
1
teleqraf.com

10Mənbələr