AZ

Ər onunla kobud danışan arvadını döydü, qadın məhkəmədə kişini bağışladı

Sabunçu Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Taryel Kərimzadənin (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Teymur Həsənovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.


Məhkəmənin hökmü ilə o, cinayət məsuliyyətindən azad edilib və cinayət təqibinə xitam verilib.


İttihama görə, hadisə 01 oktyabr 2025-ci il tarixdə, saat 21 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində qeydə alınıb.


Belə ki, Taryel Kərimzadə yaşadıqları evin qonaq otağında həyat yoldaşı, zərərçəkmiş İnarə Kərimzadəyə (adı, soyadı şərtidir) qarşı ailə-məişət zəminində zorakılıq hərəkətləri törədib.


Belə ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin onunla kobud danışaraq irad bildirməsini bəhanə edərək aralarında yaranmış mübahisə zamanı qəsdən yumruqla qadının üz nahiyəsindən bir dəfə vurub. Nəticədə İnarənin sol göz konyunktivası və ağlı qişasında qansızma, eləcə də sol gözyuvası ətrafı, almacıq–yanaq–çənə nahiyəsinin dərialtı hematoması ilə müşayiət olunan bədən xəsarətləri yetirib.


Hadisədən sonra Taryel Kərimzadə saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.


Məhkəmədə elan edilib ki, hər iki tərəf barışıb, qadının ərindən şikayət və tələbi yoxdur. 

Kamal Məmmədov 

Tarix: 20 Oktyabr 2025, 08:40   
Seçilən
20
pravda.az

1Mənbələr