AZ

Xaricdən aldığımız kərə yağı -2 MANATDAN ÇOX BAHALAŞIB - RƏQƏMLƏR

Bu ilin ilk 9 ayında Azərbaycana 136,4 milyon dollar (231,9 milyon manat) həcmində 19 min 770 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edilib.

FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu məhsulların idxalı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 12,4 milyon dollar (21,1 milyon manat) və ya 10% çoxdur, miqdar ifadəsilə isə 2 min 435 ton, başqa sözlə 11% azalıb.

Qeyd edək ki, 2024-cü ilin yanvar-sentyabr ayları ərzində Azərbaycandan 124 milyon dollar (210,8 milyon manat) dəyərində 22 min 205 ton bu qəbildən olan məhsul idxal olunmuşdu.

Bu ilin ilk 9 ayının nəticələrinə görə Azərbaycanın idxal etdiyi kərə yağının 1 kiloqramının orta idxal qiyməti 11 manat 73 qəpik təşkil edib. 2024-cü ilin eyni dövründə isə bu rəqəm 9 manat 51 qəpik idi. Bu da illik müqayisə ilə 2 manat 22 qəpik və ya 23,3% bahalaşma deməkdir.

Bu il 9 ayında ümumi idxalın 0,81%-i kərə yağının payına düşüb. Ötən ilin eyni dövründə isə bu göstərici 0,85% olub.

Seçilən
5
fed.az

1Mənbələr