30 sentyabr 2025-ci il tarixinə “Rabitəbank”ın faiz gəlirləri 99 milyon 480 min manat təşkil edib.
FED.az bu barədə bankın rüblük hesabatına istinadən xəbər verir.
Bu, ötən ilin anoloji dövrü ilə müqayisədə 15 milyon 650 min manat və ya 18,7% artım deməkdir.
Faiz gəlirlərinin mütləq əksəriyyətini – 91 milyon 910 min manatını müştərilərə verilmiş kreditlər üzrə faiz gəlirləri təşkil edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 18 milyon 907 min manat və ya 25,9% artıb.
Hesabat dövründə bankın digər faiz gəlirləri 45 min manat (47,9%) artaraq 139 min manata, banklar və digər maliyyə institutlarındakı depozitlər üzrə faiz gəlirləri isə 33 min manat (1,1%) artaraq 3 milyon 59 min manata çatıb.
Bunun əksinə olaraq, ticarət və investisiya qiymətli kağızları üzrə faiz gəlirləri 3 milyon 842 min manat təşkil edib. Banklara və digər maliyyə institutlarına verilən kreditlər üzrə faiz gəlirləri isə 529 min manat olub.
Xatırladaq ki, 30 sentyabr 2024-cü il tarixində “Rabitəbank”ın faiz gəlirləri 83 milyon 830 min manat təşkil etmişdi.