AZ

Şəmkirdə avtomobilin təkərini dəyişən kişi vəfat etdi

Şəmkir sakini bədbəxt hadisə nəticəsində həyatını itirib.

"Unikal" xəbər verir ki, rayon sakini İsa Qasımov oktyabrın 19-da yaşadığı evdə vəfat edib.

Belə ki, evinin həyətində yerləşən çardağın altında atasına məxsus avtomobilin ön sol təkərini dəyişən zaman qaldırıcının qəfil sürüşməsi nəticəsində İ.Qasımovun başı avtomobilin altında qalıb.

Rayon sakini aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib.

Hadisə ilə bağlı Şəmkir rayon prokurorluğunda araşdırma davam etdirilir

Seçilən
93
1
unikal.az

3Mənbələr