AZ

Bu ilin səkkiz ayında Azərbaycandan xarici ölkələrə nə qədər qurbağa ayağı ixrac edilib? - AÇIQLAMA

Bakı. Trend:

Cari ilin avqust ayında Qida Təhlükəsizliyi Agentliyi tərəfindənbeynəlxalq tələblər nəzərə alınmaqla, bir sıra heyvan mənşəli qidaməhsulları və ərzaqlıq yumurta məhsulunun baytarlıq sertifikatı ilətəmin edilərək xarici ölkələrə ixracı həyata keçirilib.

Bu barədə Trend-in sorğusuna cavab olaraq AzərbaycanRespublikasının Qida Təhlükəsizliyi Agentliyindən məlumatverilib

Bildirilib ki, həmçinin, İtaliya və Fransa respublikalarınaqurbağa ayağı məhsulu ixrac olunub:

"Dövlət Statistika Komitəsinin 8 aylıq hesabatına əsasən,Fransaya 4.81 ton, İtaliyaya 13.83 ton, İspaniyaya 0.17 ton qurbağaayağı ixrac edilib".

Vurğulanıb ki, AQTA əhalinin sağlamlığının qorunması vətəhlükəsiz qida məhsulları ilə təmin olunması məqsədilə qidasahəsində idxal-ixrac əməliyyatları zamanı qida təhlükəsizliyitələblərinin və istehlakçı hüquqlarının qorunması ilə bağlı zəruritədbirlər davam etdirir.

Məqalədə:
Seçilən
61
5
az.trend.az

6Mənbələr