AZ

Gürcüstan və İsrail memorandum imzalayacaq

BAKI, 20 oktyabr. TELEQRAF

Gürcüstan daxili işlər naziri Geka Geladze nümayəndə heyəti ilə birlikdə İsrail Dövlətində rəsmi səfərdədir.

Teleqraf xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Gürcüstan nümayəndə heyətini İsrail Dövlətinin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir qəbul edib.

Geka Geladze İsrailə səfəri çərçivəsində həmkarı ilə də ikitərəfli görüş keçirəcək, bundan əlavə, tərəflər qurumlar arasında hüquq-mühafizə sahəsində əməkdaşlıq memorandumu imzalayacaq.

Gürcüstan nümayəndə heyəti həmçinin müxtəlif polis bölmələrinə baş çəkəcək və onların işinin xüsusiyyətləri ilə yerindəcə tanış olacaq.

Seçilən
47
teleqraf.com

1Mənbələr