Şəmkirdə bədbəxt hadisə baş verib.
NOCOMMENT.az-ın qərb bürosunun məlumatına görə hadisə rayonun Abbaslı kəndində qeydə alınıb.
Kənd sakinləri, 1991-ci il təvəllüdlü Qasımov Əlixan İsə oğlu yaşadığı ünvanda oğlu 2012-ci il təvəllüdlü İsə Qasımovla birlikdə özünə məxsus “VAZ”-2101 markalı avtomobilin təkərini təmir edərkən, avtomobil ehtiyatsızlıqdan düşmüş, nəticədə Qasımov İsə Əlixan oğlu ölüb.
Faktla bağlı araşdırma aparılır.