AZ

Azərbaycan cüdoçularından 6 qızıl, 3 bürünc medal

ain.az bildirir, Qol.az portalına istinadən.

Azərbaycan cüdo millisi Meksikanın Qvadalaxara şəhərində təşkil olunan Qran-prini 9 medalla başa vurub.

QOL.az Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, bu medallardan 6-sı qızıl, 3-ü isə bürüncdür.

Balabəy Ağayev (60 kq), Ruslan Paşayev (66 kq), Hidayət Heydərov (73 kq), Vüsal Qələndərzadə (81 kq), Zelim Kotsoyev (81 kq) və Uşanqi Kokauri (+100 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Əhməd Yusifov (60 kq), Rəşid Məmmədəliyev (73 kq) və Murad Fətiyev (90 kq) isə bürünc medal qazanıblar.

Azərbaycan komandası turnirin medal sıralamasında birinci olub.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
39
3
qol.az

4Mənbələr