ain.az, Redaktor.az portalına istinadən məlumat yayır.
Şəmkir sakini bədbəxt hadisə nəticəsində həyatını itirib.
Redaktor.az APA-ya istinadən xəbər verir ki, rayon sakini İsa Qasımov oktyabrın 19-da yaşadığı evdə vəfat edib.
Belə ki, evinin həyətində yerləşən çardağın altında atasına məxsus avtomobilin ön sol təkərini dəyişən zaman qaldırıcının qəfil sürüşməsi nəticəsində İ.Qasımovun başı avtomobilin altında qalıb.
Rayon sakini aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib.
Hadisə ilə bağlı Şəmkir rayon prokurorluğunda araşdırma davam etdirilir
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.