
ABŞ Prezidenti Donald Tramp gözlənilən sülh danışıqları zamanı Donbasın Rusiyaya təhvil verilməsi təklifi ilə bağlı mətbuatda yayılan xəbərləri təkzib edib.
Missiya.Az xəbər verir ki, Ağ Ev rəhbəri bu barədə jurnalistlərə müsahibəsi zamanı məlumat verib.
O bildirib ki, Ukrayna ilə danışıqlarda Donbasın Rusiyaya verilməsi mövzusu heç vaxt qaldırılmayıb.
Trampın sözlərinə görə, hər iki tərəf atəşkəs rejiminə riayət edilməsinə və cəbhədə hərbi əməliyyatların dayandırılmasına diqqət yetirməlidir.
"Biz hesab edirik ki, onların etməli olduqları şey, olduqları yerlərdə, döyüş xəttlərində dayanmaqdır", - deyə siyasətçi vurğulayıb.
Daşqın HəsənovMissiya.Az