AZ

Həkimlər probiotiklərin zərərlərini açıqlayıb

Seçenov Universitetinin alimləri probiotiklərin istifadəsinin düşündüyümüz qədər təhlükəsiz olmadığını bildiriblər. Onların sözlərinə görə, probiotiklərin üç əsas çatışmazlığı var: onlar həmişə həyat qabiliyyətini saxlamır, bütün insanlarda eyni təsir göstərmir və bəzi hallarda sepsisə səbəb ola bilər.

Editor.az bu barədə xarici KİV-ə istinadla xəbər verir.

Cersi ştatındakı “New Laboratory” Təbii Məhsulların İnkişafı Mərkəzinin direktoru, Seçenov Universitetinin Ümumi Gigiyena kafedrasının professoru Mixail Çikindas məsələ ilə bağlı deyib:

“Probiyotiklərin son istifadə tarixinə qədər canlı qalacağına və ya müxtəlif insanlarda eyni şəkildə işləyəcəyinə zəmanət vermək mümkün deyil. Ən əsası, zəif immun sisteminə malik şəxslər üçün probiotiklər risk yarada və hətta sistemik infeksiyalara səbəb ola bilər. Buna görə də, təkcə dərmanlar deyil, həm də pəhriz əlavələri qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir.”

Mütəxəssislər bildirirlər ki, bu risklərin qarşısını almağın daha təhlükəsiz yolu postbiotiklərdən istifadədir. Postbiotiklərin tərkibinə bakterial membran hissəcikləri və mikroorqanizmlərin fəaliyyəti nəticəsində yaranan birləşmələr daxildir. Onlar immun sistemini gücləndirir, iltihabı azaldır və zərərli maddələrin təsirinə qarşı qoruyucu rol oynayır.

Alimlərin fikrincə, postbiotiklər bağırsaq mikroflorasını bərpa etməyə, eləcə də immun, sinir və genitouriya sistemlərinin fəaliyyətini yaxşılaşdırmağa kömək edir.

Seçenov Universitetində hazırda postbiotiklərin elmi əsaslarla istehsalı üzərində iş aparılır. Tədqiqatın məqsədi — xüsusilə həssas əhali qrupları üçün faydalı mikroorqanizmlərin təhlükəsizliyini və sabitliyini artırmaqdır.

//Gülnarə Abasova, Editor.az

Seçilən
81
editor.az

1Mənbələr