AZ

Tennis yarışında külək stadionun damını qopardı-FOTO

Braziliyada tennis matçı zamanı güclü külək stadionun damını qoparıb.

AzPost bildirir ki, Pool N3 telegram kanalınn məlumatına görə, Braziliyanın San-Paulu şəhərində tennis turniri zamanı güclü külək stadionun damını qoparıb, bir neçə nəfər xəsarət alıb.

Məlumata görə, küləyin qopardığı yüngül dam örtüyü birbaşa tribunaların üzərinə düşüb. Bir neçə tamaşaçı və iştirakçı yaralanıb. Onlardan birinə kəllə-beyin travması diaqnozu qoyulub, vəziyyəti ağırdır.

Yerli medianın məlumatına görə, azı 7 nəfər xəsarət alıb.

AzPost.az

Seçilən
102
1
azpost.info

2Mənbələr