AZ

Çinin kurort bölgəsində HƏYƏCAN siqnalı verildi Ölüm saçan qasırğa yaxınlaşır

ain.az, Oxu.az saytına istinadən bildirir.

Çinin Haynan kurort adasının adasının cənubunu "Fenşen" tropik qasırğası vuracaq. Qasırğa oktyabrın 21-22-də bölgəyə leysan yağışlar və güclü külək gətirəcək.

Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə Çin Meteorologiya İdarəsindən məlumat verilib.

Məlumata görə, küləyin sürəti 30 m/s-ə çatacaq.

Qasırğa Cənubi Çin dənizindəki Sişa adaları üzərindən keçəcək. Əlverişsiz hava Haynan adasının Sanya şəhərinə təsir edəcək. Oktyabrın 22-23-də qasırğa Vyetnamın mərkəzi hissəsinə çatacaq.

Qeyd edək ki, oktyabrın 19-da Filippində "Fenşen" qasırğası nəticəsində 8 nəfər ölüb, daha iki nəfər itkin düşmüş hesab olunur.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
83
oxu.az

1Mənbələr