AZ

“Boeing 747” yük təyyarəsi qəzaya uğrayıb - 2 nəfər ölüb

Çinin Honq-Konq ərazisində yerləşən beynəlxalq hava limanında “Boeing 747” markalı yük təyyarəsi qəza enişi edib.Missiya.Az xəbər verir ki, hadisə yerli vaxtla saat 03:53 radələrində baş verib. Dubaydakı Əl-Məktum Beynəlxalq Hava Limanından havaya qalxan və EK9788 reysi üzrə uçan yük təyyarəsi eniş zamanı idarəetməni itirərək uçuş-enmə zolağından çıxıb. Təyyarə yerüstü idarəetmə maşınına çırpıldıqdan sonra dənizə düşüb.Məlumata görə, təyyarə Türkiyədə fəaliyyət göstərən ACT Hava Yollarına məxsus olub və Birləşmiş Ərəb Əmirliklərinin “Emirates” aviaşirkəti tərəfindən icarəyə götürülüb.Qəza nəticəsində iki yerüstü idarəetmə maşınının əməkdaşı həlak olub. Təyyarədə olan dörd ekipaj üzvü isə sağ qalaraq xilas edilib və xəstəxanaya yerləşdirilib.Hadisə ilə bağlı Honq-Konq Beynəlxalq Hava Limanının şimal uçuş-enmə zolağı müvəqqəti olaraq hava hərəkətinə bağlanıb.

Seyranə QuliyevaMissiya.Az

Seçilən
111
missiya.az

1Mənbələr