AZ

Honkonq hava limanında faciə: Dubaydan gələn təyyarə dənizə düşüb...

Emirates şirkətinə məxsus Boeing 747 zolaqdan çıxaraq suya yuvarlanıb, iki nəfər həlak olub...

Poliqon Reuters Agentliyinə istinadən xəbər verir ki, Honkonq beynəlxalq hava limanında ağır aviasiya qəzası baş verib. Reuters agentliyinin məlumatına görə, Dubaydan uçan Emirates şirkətinə məxsus Boeing 747-481 tipli yük təyyarəsi enişdən sonra zolaqdan çıxaraq dənizə düşüb. İlkin məlumatlara əsasən, hadisə zamanı hava limanının iki əməkdaşı həlak olub.

Mənbələrin bildirdiyinə görə, təyyarə eniş zolağında hərəkət edən yerüstü xidmət avtomobili ilə toqquşub. Zərbədən sonra pilot idarəetməni itirib, təyyarə qoruyucu baryeri dağıdaraq dənizə yuvarlanıb. Hava gəmisinin ardınca avtomobil də suya düşüb – içərisində olan iki nəfər hələ də itkin sayılır. Xilasetmə xidmətləri onların sağ qalma ehtimalını az hesab edirlər, çünki toqquşma güclü olub və avtomobil saniyələr içində suya qərq olub.

Hadisə yerinə fövqəladə hallar xidməti, dalğıclar və yanğınsöndürmə briqadaları cəlb olunub. Hazırda axtarış-xilasetmə əməliyyatı davam etdirilir. Hava limanının şimal eniş zolağı müvəqqəti bağlanıb, sərnişinlərə uçuşlarda gecikmələr və reys cədvəllərində dəyişikliklər barədə xəbərdarlıq edilib.

Honkonq aviasiya hakimiyyəti hadisənin səbəblərini araşdırmaq üçün xüsusi komissiya yaradıldığını, Emirates şirkətinin isə istintaqa tam dəstək verdiyini açıqlayıb.

Poliqon.info

Seçilən
139
poliqon.info

1Mənbələr