Bakı. Trend:
Azərbaycan Prezidenti İlham Əliyevin oktyabrın 20–21-dəQazaxıstana edəcəyi dövlət səfəri ikitərəfli münasibətlərininkişafında və Avrasiya məkanında yeni qüvvələr balansınınformalaşmasında mühüm mərhələ olmağı vəd verir. Ortaq tarixi,mədəni və strateji maraqları olan iki Xəzəryanı dövlət - Azərbaycanvə Qazaxıstan getdikcə daha fəal şəkildə Avropa ilə Asiya arasındaəlaqələndirici halqaya çevrilir, bölgənin tranzit, enerji və siyasigözləntilərinin “Xəzər yükünü” öz üzərlərinə götürürlər.
Son illər ərzində Bakı ilə Astana arasında iqtisadi əməkdaşlıqnəzərəçarpacaq dərəcədə möhkəmlənib. Ötən il Azərbaycan vəQazaxıstan arasında qarşılıqlı ticarət dövriyyəsi 50 faiz artaraq470 milyon ABŞ dollarına çatıb. Bu ilin ilk yarısında isə ticarətdövriyyəsi artmaqda davam edərək 501 milyon dollara yüksəlib ki, buda ötən ilin eyni dövrü ilə müqayisədə 4,2 dəfə çoxdur. Bu artım,ilk növbədə, Ukraynada müharibənin başlanmasından sonra şimaltranzit dəhlizlərinə alternativlərdən birinə çevrilmiş TransxəzərBeynəlxalq Nəqliyyat Marşrutu (TITR) üzrə nəqliyyat axınlarınınartması hesabına təmin olunub.
Bundan əlavə, 2022–2023-cü illərdə Qazaxıstan Azərbaycan ərazisivasitəsilə – Bakı marşrutu və Aralıq dənizi limanlarına qədər –neft ixracının həcmini kəskin şəkildə artırıb. Astanaya görə bu,sadəcə alternativ marşrut deyil, həm də ənənəvi istiqamətlərdəmümkün fasilələrdən sığortalayan strateji seçimdir.
Azərbaycanın nəqliyyat-logistika infrastrukturu – Ələt və Bakılimanları, eləcə də TITR sisteminə inteqrasiya olunmuş dəmir yoluqovşaqları – bu istiqamətdə öz rolunu daha da gücləndirir.Qazaxıstan isə öz növbəsində Aktau və Kurık limanlarını sürətləinkişaf etdirərək Xəzər dənizini Avrasiyanın əsas tranzitarteriyasına çevirir.
İqtisadi sahədən əlavə, siyasi qarşılıqlı əlaqə dəmünasibətlərdə mühüm yer tutur. Azərbaycan və Qazaxıstan arasındakımünasibətlər bu gün strateji tərəfdaşlıq səviyyəsindədir. Bu,sadəcə formal ifadə deyil – son beş ildə dövlət və hökumətbaşçıları səviyyəsində ondan çox ikitərəfli səfər baş tutub,beynəlxalq təşkilatlar çərçivəsində isə müntəzəm görüşlərkeçirilib. Prezident İlham Əliyevin sözləri ilə desək, “Azərbaycanilə Qazaxıstan arasında siyasi əlaqələr hazırda yüksək dərəcədəmöhkəmlik və qarşılıqlı etimad ilə xarakterizə olunur” – Prezidentİlham Əliyev Bakı ilə Astana arasındakı münasibətləri məhz beləxarakterizə edib.
Siyasi yaxınlaşmanın əsas elementi ortaq tarixi-mədəni bazaüzərində qurulub: hər iki ölkə Türk Dövlətləri Təşkilatının (TDT)fəal üzvləridir və Bakı ilə Astana bu qurumu təkcə mədənidiplomatiya aləti kimi deyil, həm də Avrasiyada yeni gücmərkəzlərinin formalaşması üçün platforma kimidəyərləndirirlər.
Tərəflər yüksək səviyyədə etimad və proqnozlaşdırıla bilənmünasibətlər nümayiş etdirirlər. Azərbaycan və Qazaxıstan ictimaişəkildə fikir ayrılıqlarından çəkinir, beynəlxalq qurumlardabir-birini ardıcıl şəkildə dəstəkləyir və nəqliyyat, enerjitəhlükəsizliyi və inteqrasiya prosesləri kimi əsas regionalməsələlərdə siyasi mövqelərini sinxronlaşmasını gücləndirirlər.
Əməkdaşlığın ayrıca istiqaməti kimi gələcəyin energetikası önəçıxır. Qazaxıstan Azərbaycan infrastrukturundan yalnızkarbohidrogenlərin deyil, həm də hidrogen və bərpa olunanmənbələrdən alınan elektrik enerjisi kimi “yaşıl enerji”nin ixracıüçün istifadə etməyə maraq göstərir. Bu sahədə birgə layihələrinpotensialı Xəzəri təkcə neft-qaz deyil, həm də iqlim yönümlünəqliyyat-enerji oxuna çevirə bilər.
Qlobal geosiyasi dəyişikliklər fonunda Azərbaycan və Qazaxıstanunikal mövqe qazanıblar. Hər iki ölkə balanslaşdırılmış xaricisiyasət yürüdərək həm Qərb, həm də Şərqlə münasibətləri qurur,kəskin qarşıdurmalardan yayınır. Onların Xəzər istiqamətindəkimüttəfiqliyi Avrasiyada sabitlik və proqnozlaşdırıla bilənlikamilinə çevrilir.
Bakı və Astananın “Xəzər məsuliyyəti yükü” yalnız ticarət vətranzitin inkişafı ilə məhdudlaşmır. Söhbət xarici təsirlərə davamgətirə bilən və regiona yeni inkişaf trayektoriyaları təqdim edəndayanıqlı əməkdaşlıq arxitekturasının qurulmasından gedir. YeniAvrasiya marşrutlarının və enerji konfiqurasiyalarının formalaşdığıbir şəraitdə Azərbaycan və Qazaxıstan tərəfdaşlığı regionunnəqliyyat-iqtisadi xəritəsinin transformasiyasında əsasfaktorlardan birinə çevrilə bilər.