Bakı.Trend:
Özbəkistanın Səmərqənd vilayətində Azərbaycan, Qazaxıstan,Qırğızıstan, Özbəkistan və Tacikistan hərbçilərinin iştirakı iləkeçirilən çoxmillətli "Birlik - 2025" birgə regional təlimi davamedir.
Trend xəbərverir ki, bu barədə müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, ümumilikdə 3 mərhələdən ibarət təlimdə dövlətsərhədinin mühafizəsi və müdafiəsinin gücləndirilməsi, qanunsuzsilahlı birləşmələrin axtarışı, lokallaşdırılması və məhv edilməsiüzrə fəaliyyətlər uğurla yerinə yetirilir.
Qeyd edək ki, təlimdə əsas diqqət iştirakçı ölkələrin hərbikontingentləri arasında qarşılıqlı fəaliyyətlərin təşkili üzrəhazırlıqlarının təkmilləşdirilməsinə, birgə əməliyyatlarınkeçirilməsi imkan və bacarıqlarının inkişaf etdirilməsinəyönəldilib.