AZ

Bakıda arvadına qarşı qeyri-etik hərəkətlər edən kişi həbs edildi – TƏFƏRRÜAT

BAKI, 20 oktyabr. TELEQRAF

Bakının Sabunçu rayonunda həyat yoldaşına qarşı qeyri-etik hərəkətlər edən kişi həbs edilib.

Teleqraf-ın əldə etdiyi xəbərə görə, Sumqayıt şəhər sakini, 1976-cı il təvəllüdlü Telman Vəliyev sərxoş vəziyyətdə evə gəlib və evdə münaqişə yaradıb.

Bu zaman o, həyat yoldaşı Ləmana (ad-soyad şərti verilib – red.) qarşı qeyri-etik ifadə, hərəkətlər edib. Qadının şikayəti əsasında hadisə yerinə gələn polisin qanuni tələbinə tabe olmayıb.

Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535.1-ci (polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama) maddələri ilə inzibati qaydada ittiham elan olunub.

İş üzrə izahat verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, məlum hadisə günü evə sərxoş vəziyyətdə gəlib və evdə münaqişə yaradıb: “Lakin həyat yoldaşıma qarşı heç bir qeyri-etik ifadə işlətməmişəm. Polisin qanuni tələbini pozmamışam”.

İş üzrə zərərçəkmişin sözlərinə görə, həyat yoldaşı 3-4 aydırkı evi tərk edib: “Amma spirtli içki qəbul edərək tez-tez gələrək digər şəxslərin yanında səbəbsiz yerə məni söyüb təhqir edib. Hətta şunurla özünü asmağa cəhd edib. Uşaqlarını qorxudaraq sarsıntı keçirmələrinə səbəb olub”.

Sabunçu Rayon Məhkəməsinin qərarı ilə təqsirləndirilən şəxs 10 gün müddətinə inzibati qaydada həbs edilib.

Seçilən
111
2
teleqraf.com

3Mənbələr