AZ

İsrail Qəzzada atəşkəs rejimini bərpa edib

İsrail Müdafiə Qüvvələri (IDF) Qəzza zolağında HƏMAS hərəkatının pozuntularına cavab olaraq həyata keçirilən hücumlardan sonra atəşkəs rejimini bərpa etdiyini açıqlayıb.

Editor.az xəbər verir ki, bu barədə məlumat ordunun rəsmi Telegram kanalında yer alıb.

Bəyanatda qeyd olunur ki, “siyasi rəhbərliyin göstərişi ilə həyata keçirilən bir sıra əhəmiyyətli hücumlardan sonra və HƏMAS-ın pozuntularına cavab olaraq İsrail ordusu atəşkəs rejimini yenidən tətbiq etməyə başlayıb”.

İsrail ordusu bəyan edib ki, razılaşmanı dəstəkləməyə davam edəcək, lakin istənilən pozuntuya qəti şəkildə cavab verəcək.

Məlumata görə, İsrail hərbçiləri bazar günü Qəzza zolağının əvvəllər bombalanmamış ərazilərinə də zərbələr endirib. Ordunun açıqlamasında bu ərazilərdə girovların saxlanıldığı qeyd olunub.

//Gülnarə Abasova, Editor.az

Seçilən
76
23
editor.az

10Mənbələr