AZ

Gələn ay “Mərkəzi Asiya–Azərbaycan Yaşıl Enerji Dəhlizi” layihəsinin texniki-iqtisadi əsaslandırılmasına başlanacaq

Bakı. Trend:

Bu ilin noyabr ayında “Mərkəzi Asiya–Azərbaycan Yaşıl EnerjiDəhlizi” layihəsinin texniki-iqtisadi əsaslandırılmasınabaşlanacaq.

Trend xəbərverir ki, bu barədə Energetika naziri Pərviz Şahbazovun 20 OktyabrEnergetiklər Günü münasibətilə "Azərbaycan" qəzetində “AzərbaycanRegional Enerji Qovşağına Çevrilir” adlı məqaləsindəbildirilib.

Qeyd edilib ki, “yaşıl enerji” dəhlizi üzrə işlər ötən il COP29çərçivəsində Azərbaycan, Qazaxıstan və Özbəkistan Prezidentlərininiştirakı ilə üç ölkə arasında yaşıl enerjinin inkişafı vəötürülməsi sahəsində Strateji Tərəfdaşlıq haqqında HökumətlərarasıSazişin imzalanması ilə başlandı: “Azərbaycan Prezidenti İlhamƏliyevin Mərkəzi Asiya, Cənubi Qafqaz və Xəzər regionlarını vahidgeosiyasi məkan kimi inkişaf etdirmək siyasətinin prioritetləri iləuzlaşan “Transxəzər Enerji Dəhlizi” tarixdə ilk dəfə ölkələrimizinelektrik enerjisi sistemlərinin birləşdirilməsinə imkan yaradır.“Mərkəzi Asiya-Azərbaycan Yaşıl Enerji Dəhlizi” üzrə qərargahıBakıda yerləşən “Yaşıl Dəhliz Alyansı” adlı Birgə Müəssisə təsisedilib və şirkət seçimi tamamlandıqdan sonra noyabr ayında Asiyaİnkişaf Bankı və Asiya İnfrastruktur və İnvestisiya Bankınınmaliyyə dəstəyi ilə layihənin texniki-iqtisadi əsaslandırmasınınhazırlanmasına başlanacaq”.

Seçilən
73
1
az.trend.az

2Mənbələr