Müğənni Nura Suri sosial media hesabındakı paylaşımı ilə əxlaqsız düşüncəyə sahib insanları tənqid edib.
Publika.az xəbər verir ki, o, paylaşımında yazıb:
“Bizdə həmişə belə olub: varlıların və vəzifəlilərin övladları açıq-saçıq geyinəndə, bir neçə dəfə evlənib-boşananda, barlarda, klublarda yeyib-içib kef çəkəndə heç kim onlara pis baxmır, heç kim cürət etmir pis baxmağa. Əxlaq anlayışınız da başınıza dəysin, ikiüzlülüyünüz də. Kim özünü bu yazdıqlarımda görürsə, elə həmin ikiüzlülərə aiddir”.