AZ

AZAL-a məxsus təyyarə Rusiyada məcburi eniş edib

“Azərbaycan Hava Yolları” QSC-yə (AZAL) məxsus, Sankt-Peterburqdan Bakıya uçan Airbus A320 tipli sərnişin təyyarəsi eniş şassisində yaranan texniki nasazlıq səbəbindən Pulkovo hava limanına məcburi eniş edib.

XəzərNews.az xəbər verir ki, aeroportun rəhbərliyinin məlumatına görə, təyyarə havaya qalxdıqdan qısa müddət sonra ekipaj texniki problem barədə məlumat verərək geri qayıtmaq üçün icazə istəyib, “Mayday” qəza siqnalını ötürüb və transponder kodunu təcili vəziyyət rejiminə dəyişib.

Təyyarə uğurla eniş etdikdən sonra uçuş-enmə zolağının üstündən təhlükəsiz şəkildə keçib. Sərnişinlər və ekipaj üzvləri arasında xəsarət alan olmayıb. Təyyarədə vəziyyətin sabit olduğu, fövqəladə evakuasiyaya ehtiyac yaranmadığı bildirilir.

Hadisə yerinə hava limanının müvafiq xidmətləri cəlb olunub, təyyarənin texniki vəziyyəti araşdırılır.

Xəbər 5 dəfə oxunub.
Seçilən
94
xezernews.az

1Mənbələr