AZ

Şəmkirdə azyaşlı bədbəxt hadisə nəticəsində ölüb

Şəmkirdə 13 yaşlı uşaq üzərinə maşın düşməsi nəticəsində ölüb.

APA-nın məlumatına görə, hadisə ötən gün baş verib.

Məlumata görə, 1991-ci il təvəllüdlü Əlixan Qasımov oğlu 2012-ci il təvəllüdlü İ.Q. ilə birgə yaşadığı Abbaslı kəndindəki evin həyətində “VAZ-21011” markalı avtomobilinin təkərini dəyişərkən ehtiyatsızlıqdan avtomobil oğlunun üzərinə düşüb və o, ölüb.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
58
2
apa.az

3Mənbələr