AZ

İstintaqın Luvr muzeyində qarətlə bağlı əsas versiyaları hansıdır?

Fransada Luvr muzeyində qarətlə bağlı əsas istintaq versiyaları məlum olub. 

AzPost bildirir ki, Paris prokurorluğu Luvrda oğuruluqla bağlı iki əsas nəzəriyyəni araşdırır. Oğurluq zamanı fransız kraliçalarına və imperatorlarına məxsus səkkiz zinət əşyası oğurlanıb.

Paris prokuroru Lor Bekko Figaro qəzetinə deyib ki, mütəşəkkil cinayət ya sifariş əsasında, ya da çirkli pulların yuyulması məqsədi ilə hərəkət edib.

Oğurlanmış əşyalar arasında tarixi və mədəni dəyərə malik sırğalar, boyunbağılar və broşlar var. Bekko deyib ki, bu cinayətlə mümkün xarici əlaqə nəzəriyyəsi hazırda prioritet hesab edilmir.

AzPost.az

Seçilən
43
1
azpost.info

2Mənbələr