AZ

Militar: Moskva və Dəməşq razılığa gəlməyiblər

AzVision.az xəbər verir ki, suriyalı mənbələrə istinad edən “Militar” portalının iddiasına görə, Dəməşq Rusiya və Suriya hakimiyyət orqanlarının imzaladığı müqavilələrin dayandırıldığını bildirib.
Suriyanın indiki rəhbərliyi isə,“yalnız qarşılıqlı faydalı əsaslarla”Moskva ilə yeni sazişlər bağlamağa hazırdır.

“Sazişlərə yenidən baxılması üçün danışıqlar davam edir, lakin yeni sənəd imzalanmayıb,- portal Suriyanın Xarici İşlər naziri Əsəd Həsən əl-Şibanidən sitat gətirir.

Putinlə Əhməd Əl Şaraa qapalı danışıqlar keçirib | VİDEO
Xatırladaq ki, Rusiyanın Suriyadakı hərbi bazaları məsələsi Suriya prezidenti Əhməd Əl Şaraanın Moskvaya səfəri zamanı, Vladimir Putinlə görüşündə müzakirə olunub. KİV-lərin məlumatına görə, tərəflər rus qoşunlarının mövcudluğunun müddəti və şərtləri ilə bağlı əsas məqamlar üzrə fikir ayrılıqlarını həll edə bilməyiblər.

Rusiya qoşunları Suriyada 2017-ci ildə imzalanmış və 49 il müddətinə nəzərdə tutulmuş müqaviləyə əsasən yerləşdirilib. Bununla belə, Suriyanın hazırkı hakimiyyət orqanlarının fikrincə, saziş“artıq ölkənin maraqlarına cavab vermir”və ona yenidən baxılmalıdır.

Maraqlıdır ki, “Reuters” agentliyi, öz nəvbəsində, Suriya liderinin hərbsizləşdirilmiş zonanı genişləndirmək yönündəİsrailin təzyiqlərinə qarşı çıxmaqüçün Moskvadan dəstək axtardığını yazıb.

Sahil İsgəndərov
AzVision.az
Seçilən
41
1
azvision.az

2Mənbələr