AZ

Rauf Zeyni Fazil Mustafanı təbrik edib

Bakı İctimai Əməkdaşlıq Mərkəzi İctimai Birliyinin sədri Rauf Zeyni Milli Məclisin deputatı, İctimai birliklər və dini qurumlar komitəsinin sədri, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafanı təbrik edib.

QHT.az xəbər verir ki, onun sözlərinə görə, Fazil Mustafanın ömür səhifəsinə nəzər salsaq görərik ki, onun yaradıcılığı yalnız siyasətin və publisistikanın sərt yollarında deyil, həm də ideyaların yanar cəbhəsində keçib:

"Fazil bəy 60 yaşına kimi 30 kitabın, xüsusilə bu il çapdan çıxmış trilogiya -"AZƏRBAYCAN: Qaranlıq keçmişdən aydınlıq tarixə", "Anladım. Tanıdım. Yaşadım", "Cəhalət gülləsi, aydınlıq çiləsi" adlı kitabların, yüzlərlə elmi, publisistik məqalənin müəllifi olmuşdur.

Onun həyatı təkcə siyasi taleyin deyil, düşüncə cəsarətinin də sınağından keçib. İctimai-siyasi mövzuda yazdığı məqalələrindən göründüyü kimi qələmi ilə də döyüşən millət vəkilinin əqidə uğrunda çabaları, məntiqi təfəkkürünün məhsuludur. Sətirlərində həm dövlət(çilik) fəlsəfəsi, həm dinin mahiyyətinə dair kəskin incələmə, həm də ruhun vətənpərvərlik dirənişi var. Onun publisistik üslubu həm maarifçi, həm də dövlətçi məktəbin davamıdır. 

Fazil bəyi əlamətdar yubileyi və yeni kitabları münasibəti ilə ürəkdən təbrik edir, ona möhkəm cansağlığı, xalqımızın rifahı, müstəqil dövlətimizin inkişafı, güclü və qüdrətli Azərbaycan naminə fəaliyyətində yeni yaradıcılıq uğurları arzulayıram!"

Seçilən
116
qht.az

1Mənbələr