Avropa İttifaqı yeni üzvlərin qəbul qaydalarını sadələşdirməyi nəzərdən keçirir. Bu addım Ukraynanın Aİ-yə inteqrasiyasını sürətləndirə bilər.
APA xəbər verir ki, bu barədə “Politico” məlumat verib.
Nəşrin diplomatik mənbələrə istinadla yazdığına görə, təkliflərdən biri, yeni ölkələrin əvvəlcə Aİ-yə səsvermə hüququ olmadan qoşulmasını nəzərdə tutur.
Bu ideya genişlənmənin qarşısındakı maneələri aradan qaldırmaq üçün nəzərdə tutulur.