AZ

İstanbulda ailə qalmaqalı qanla bitdi: “Qızlarımızı sizə verməyəcəyik”

Ajans.az Haber Global-a istinadən xəbər verir ki,hadisə 12 oktyabr Bazar günü, saat 22:00 radələrində qeydə alınıb. Məlumata görə, Volkan Ö. (31 yaş) adlı şəxs qəssab işləyən Batıkan T. adlı şəxsin bacısı ilə evlənmək istəyib. Lakin Batıkan T. bu təklifi qəti şəkildə rədd edərək, "Qızlarımızı sizə verməyəcəyik" deyib. Bu sözlərdən sonra tərəflər arasında gərginlik yaranıb. Mübahisəyə Volkan Ö.-nün böyük qardaşları Cevdet Ö. (39 yaş) və Kerem Ö. (40 yaş) da qoşulub və qarşıdurma əlbəyaxa davaya çevrilib. Davada Batıkan T. və onun iki qardaşı təpik, yumruq və çubuqlarla döyülüb. Əldə edilən iddialara görə, yaşananlara dözə bilməyən Batıkan T. qəssab dükanına silahlı basqın etmək üçün iki nəfəri işə götürüb. Həmin şəxslərdən biri hadisə baş verən axşam motosikletlə keçərkən dükanın qarşısına atəş açıb. Hadisə təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Nəticədə mağazaya ciddi ziyan dəysə də, ölən və ya yaralanan olmayıb. Hadisə yerinə gələn polis əməkdaşları ətraflı araşdırmaya başlayıb. Hücumda iştirak edən 3 şübhəli saxlanılıb. Araşdırmalar davam edir.

 

Seçilən
134
Ajans.az

1Mənbələr