Misli Premyer Liqasının VIII turu geridə qalıb.
Offsideplus.az xəbər verir ki, bu tur yüksək məhsuldarlıqla əlamətdar olub. 6 qarşılaşmada 24 qol vurulub.
Bu barədə Peşəkar Futbol Liqası (PFL) məlumat yayıb.
VIII turun matçları belə nəticələnib:
“Şamaxı” – “Kəpəz” 1:4
“Sumqayıt” – “Karvan-Yevlax” 4:1
“Neftçi” – “Araz-Naxçıvan” 2:2
“İmişli” – “Qəbələ” 2:2
“Turan Tovuz” – “Qarabağ” 1:2
“Sabah” – “Zirə” 3:0
Qeyd edək ki, orta məhsuldarlığın ən azı 4 olması son 4 mövsümdə ilk dəfə yaşanıb.