AZ

AMİP-in Ali Məclisinə sədr seçildi

Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) Ali Məclisinin Qurultaydan sonra yeni tərkibdə ilk iclası keçirilib. Ali Məclis sədrliyinə seçkilərdə Rəşad Bayramov yekdillikdə sədr seçilib.

Bu barədə Hafta.az-a AMİP-in mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, Ali Məclisin daimi komissiyalarının yaradılması məsələsi müzakirə olunub. Elm-təhsil, səhiyyə, iqtisadiyyat, enerji və təbii ehtiyatlar, beynəlxalaq əlaqələr və diasporlarla iş, bələdiyyələrlə iş, sosial müdafiə, insan hüquqları, ictimai-siyasi qurumlarla iş, mədəniyyət və incəsənət, din və idman komissiyalarının yaradılması haqında qərarlar qəbul olunub.

Eyni zamanda, son dövlərdə ölkədə iqtisadi və siyasi müstəvidəki təxribatlarla bağlı partiyanın sədri, deputat Arzuxan Əlizadə çıxış edib və baş verənlər geniş şəkildə müzakirə olunub.

Seçilən
57
5
hafta.az

6Mənbələr