Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas ABŞ və Rusiya liderlərinin Macarıstanda planlanan görüşünü xoş qarşılamayıb.
APA “Reuters”ə istinadən xəbər verir ki, jurnalistlərə verdiyi açıqlamada Kallas Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən haqqında həbs qərarı verilən Rusiya prezidentinin hər hansı bir Avropa ölkəsinə səfərinin xoş olmadığını bildirib.
"Budapeştə gəlincə, xeyr, bu yaxşı deyil . Həqiqətən də BCM tərəfindən həbs qərarı verilən bir şəxsin Avropa ölkəsinə gəldiyini görmək xoş deyil", - Kallas qeyd edib.
Aİ rəsmisi ABŞ-ın Rusiyaya təzyiq göstərmək üçün kifayət qədər gücə malik olduğunu qeyd edib və bu təzyiqin Rusiyanı danışıqlar masasına gətirə biləcəyinə əminlik ifadə edib.