AZ

Goranboyda 3 nəfər bıçaqlandı

Goranboyda kafedə kütləvi dava zamanı 3 nəfər bıçaqlanıb.

News24.az xəbər verir ki, hadisə rayonun Tapqaraqoyunlu kəndində yerləşən kafelərin birində baş verib. Belə ki, kənd sakinləri, 1997-ci il təvəllüdlü Elvin Alışov münaqişə zəminində həmkəndliləri 1973 -ci il təvəllüdlü Zaur Nağıyevə, 1976-cı il təvəllüdlü Elçin Quliyevə və 1993-cü il təvəllüdlü Eltun Alışova bıçaqla xəsarət yetirib.

Yaralılar dərhal xəstəxanaya yerləşdirilib. Onlara yardım edilib, hazırda vəziyyətlərinin normal olduğu bildirilir.

Hadisə yerinə polis əməkdaşları cəlb.

Faktla bağlı Goranboy rayon Polis Şöbəsində araşdırma aparılır. (Unikal)


Seçilən
76
2
news24.az

3Mənbələr