Avtosfer saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Bakıda yol hərəkəti qaydasını pozan sürücülər qəzaya düşüblər. Avtosfer.az xəbər verir ki, hadisə oktyabrın 13-də, paytaxtın Abbasqulu ağa Bakıxanov küçəsində baş verib. Belə ki, 10-DD-402 qeydiyyat nişanlı "Ford" markalı avtomobilin sürücüsü qırmızı işıqda hərəkət edərək yolayrıcına daxil olub. Bu zaman Cəlil Məmmədquluzadə küçəsi ilə hərəkət edən 90-MM-760 qeydiyyat nişanlı "BMW" markalı avtomobilin sürücüsü sarı işıqda keçərək qəzaya düşüblər. Bu qəzada hər iki sürücü qadağanedici işıqda keçdiyi üçün qayda pozmuş hesab olunurlar.
Fərid
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.